Türkiyə millisinin üzvü İtaliyada qalacaq

Baş səhifə

Bakı.Trend:

“Roma” mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik
ilə bağlı qərar verib.

Trend KİV-ə
istinadən xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli
futbolçunu komandada saxlayacaq.




Yaxın günlərdə Çelik ilə yeni müqavilə imzalanacaq. 28 yaşlı sağ
cinah müdafiəçisinin 1,7 milyon avro olan maaşı 2 milyon avroya
yüksəldiləcək.

Qeyd edək ki, “Roma” Zeki Çeliki 2022-ci ilin yayında “Lill”dən
transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm “canavarlar”ın
heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda
qalıb.