Xaçmazda Energetiklər Günü və Ümumdünya Statistika Günü qeyd olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz rayonunda 20 oktyabr – Energetiklər Günü və Ümumdünya
Statistika Günü qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, energetiklər və
Rayon Statistika İdarəsinin əməkdaşları Ümummilli Lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri düzüb, onun xatirəsinə
ehtiramlarını bildiriblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
energetikləri və statistika idarəsinin əməkdaşlarını təbrik edib,
fəaliyyətlərində uğurlar arzulayıb.

Elnur Rzayev qeyd edib ki, 1981-ci il oktyabrın 20-də
“Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji
bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə istifadəyə verilib. Bununla da Azərbaycan
elektroenergetikasının inkişafında yeni mərhələnin əsası
qoyulub.




Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı
ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi
milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə
rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi
böyük dəyərin ifadəsidir.

Elnur Rzayev həmçinin Ümumdünya Statistika Gününün
əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsal
texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri
əsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisadi
tərəqqisinə mühüm töhfə verir.

Energetiklər və rayon statistika idarəsinin əməkdaşları
yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.