Azərbaycanda enerji sektoruna yatırımlar 3 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 1,2 milyard manat
sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.




Dövr ərzində sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 9,2%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%
artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul
istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət
sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.