
Bakı. Trend:
Sentyabr ayımda xarici diplom tanınması üzrə 751 müraciətçinin
643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim
edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Trend
xəbər verir ki, bu barədəTəhsildə Keyfiyyət Təminatı Agentliyi
məlumat yayıb.
nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil
aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28
əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün
təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma
və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil
müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan
diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü
mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan
normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma
formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma
formasında) ixtisasını göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 292, Rusiya
Federasiyasından 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarus
Respublikasından 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş
Ştatlarından 10, İtaliya, Latviya respublikalarının və Macarıstanın
hər birindən 6, Çex, Litva və Polşa respublikalarının hər birindən
5, Almaniya Federativ və Çin Xalq respublikalarının hər birindən 4,
Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya
Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya
və Qazaxıstan respublikalarının hər birindən 2, Pakistan İslam
Respublikası, Avstriya, Estoniya, Qırğız respublikaları, Kanada,
Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən
1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə
103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə
ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə
alınıb.


