
Bakı. Trend:
Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər start
götürüb.
Trend xəbər verir
ki, ölkənin 81 bələdiyyəsi üzrə sədrləri və şura üzvlərini müəyyən
etmək məqsədilə 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832
min 415 seçici səsvermə hüququna malikdir.
Bələdiyyə sədri vəzifəsi uğrunda 309 namizəd, ümumilikdə isə
seçki prosesində 10 490 namizəd mübarizə aparır. Seçkilərdə 644-ü
xarici, 807-si yerli olmaqla 1451 müşahidəçi fəaliyyət göstərir.
Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilməsə, noyabrın
2-də ikinci tur keçiriləcək.
Qeyd edək ki, Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər
keçirilir və bu, sayca 8-ci seçkidir. Daha əvvəl seçkilər 1996,
2000, 2005, 2009, 2013, 2017 və 2021-ci illərdə keçirilib.


