Cəlilabadda ağır yol qəzası – Yaralılar var

Baş səhifə

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.