
Bakı. Trend:
Məşhur amerikalı rok qrupu “Limp Bizkit”-in bas gitaristi Sem
Rivers 48 yaşında vəfat edib.
Trend xəbər verir
ki, bu barədə məlumatı qrup öz rəsmi Instagram səhifəsində
paylaşıb.
Paylaşımda qeyd olunub: “Bu gün biz qardaşımızı, qrup
yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə bas gitarist
deyildi – o, sehrin özü idi”.
Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida
ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub
və indiyədək dünyada 40 milyondan çox albomu satılıb.


