Bakı. Trend:
Almaniya futbol çempionatının 7-ci turu çərçivəsində “Bavariya”
komandası doğma meydanda Dortmund “Borussiya”sını 2:1 hesabı ilə
məğlub edib.
Trend-in məlumatına görə, görüş Münhendəki “Allianz Arena”da baş
tutub.
Qalib komandanın heyətində qolları Harri Keyn (22-ci dəqiqə) və
Maykl Olişe (79) vurublar. “Borussiya”nın heyətində Yulian Brandt
(84) fərqlənib.
“Bavariya” bu mövsüm xal itirməyib. Vensan Kompaninin
yetirmələri Almaniya çempionatında yeddinci qələbəsini qazanıb.

