Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Lufthansa” aviaşirkəti Almaniyada uçuşların getdikcə
bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar
aviareysləri azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya
açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə
əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv
olunacağını bildirib.




O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın
qaçılmaz olacağını vurğulayıb.

Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden
kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə
uçuşların zərərlə həyata keçirildiyini qeyd edib.