Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində mağazada
vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin
daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən
müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında
sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.
Qeyd edilib ki, xilasedicilər xüsusi xilasetmə alət və
avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili
tibbi yardım briqadasına təhvil veriblər.

