
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton
avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9 ayında
ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
62,2 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

