“Neftçi” klubu Vinsent Abubakarı transfer etdiyini açıqlayıb

Baş səhifə
Neftçi klubu Vinsent Abubakarı transfer etdiyini açıqlayıb

“Neftçi” klubu yeni transferini etdiyini açıqlayıb.

“Report” paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 33 yaşlı Vinsent Abubakarla anlaşıb.

Qeyd edək ki, “Porto” (Portuqaliya), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), “Beşiktaş” (Türkiyə) kimi klublarıda çıxış etmiş V.Abubakarın son klubu qardaş ölkənin digər təmsilçisi “Hatayspor” olub.