Rumıniya Azərbaycandan neft idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rumıniyaya
429,3 milyon dollar dəyərində 778,6 min ton həcmində bitum
süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 129,3 milyon ABŞ dolları və ya 43 faiz,
həcm baxımından isə 279,7 min ton və ya 56,1 faiz artıb.




Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996
milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları
ixrac olunub.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki
həcmdə isə 613 min ton və ya 3,5 faiz azdır.