Mikayıl Cabbarov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım etdi

Baş səhifə

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

Metbuat.az xəbər verir ki, nazir bu barədə “X” hesabında qeyd edib:

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü Vətənə bağlılığın, azadlığın və həmrəyliyin təntənəsini ifadə edir. Bu əlamətdar gün münasibətilə təbriklərimizi çatdırır, dövlətimizə davamlı tərəqqi, sülh və əmin-amanlıq arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.