Dumanda görünüş 200 metrədək məhdudlaşıb

Baş səhifə

Bakı. Trend:

Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki,
Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub.
Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava
şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olub, Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20,
Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və
Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax,
Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı,
Qusar, Sabirabadda 1 mm olub.