
ABŞ-nin “Tomahawk” raketlərinin Ukraynaya tədarükü hələlik dayandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədri Yeqor Çernev açıqlama verib. O bildirib ki, Volodimir Zelenski Donald Trampla görüşündə bu məsələni qaldırsa da, digər müdafiə yardımı prioritet olacaq. Onun sözlərinə görə, “Tomahawk”la bağlı məsələ hələlik dayandırılacaq. Yeqor Çernev bildirib ki, Ukrayna daha çox hava hücumundan müdafiə sistemləri və raketlərin tədarükü barədə danışıqlar həyata keçirir.
Qeyd edək ki, ABŞ-nin “Tomahawk” raketlərinin Ukraynaya tədarükü ilə bağlı məsələ Rusiyanın etirazına səbəb olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


