
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 155,789 milyon
ABŞ dolları dəyərində 55,2 min ton alüminium və ondan hazırlanan
məmulatlar ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,9 milyon ABŞ
dolları və ya 2,6% artıb, həcm baxımından isə 1,4 min ton və yaxud
2,5% azalıb.
Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan
məmulatların ümumi ixracda xüsusi çəkisi 0,84%, qeyri-neft sektoru
üzrə xüsusi çəkisi isə 5,88% təşkil edib.
Eyni zamanda 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 166,126
milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan
məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici
ilə müqayisədə dəyər ifadəsində 42,1 milyon ABŞ dolları və ya 34%
artım deməkdir.


