Göyçayda avtomobil kanala aşıb, ölən var

Baş səhifə

Göyçayda minik maşını kanala aşıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dövranlı kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sürücü 1965-ci il təvəllüdlü Habil Talıbovun meyiti sudan çıxarılıb.