Bu ölkədə baş nazir istefa verdi

Baş səhifə

Monqolustanın baş naziri Qombjavyn Zandanşatar istefa verib.

Modern.az xəbər verir ki,bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Zandanşatar iyunda baş nazir olmuşdu. Onun namizədliyini 2024-cü il seçkilərində Xuralda (parlamentdə) yerlərin əksəriyyətini qazanan Monqolustan Xalq Partiyası irəli sürmüşdü.

Qombojavın Zandanşatar 1987-1992-ci illərdə Rusiyadakı İrkutsk Xalq Təsərrüfatı İnstitutunda (indiki Baykal Dövlət Universiteti) maliyyə və iqtisadiyyat üzrə təhsil alıb. 2019-2024-cü illərdə parlamentin sədri, 2024-cü ildən isə Monqolustan Prezidenti Aparatının rəhbəri vəzifələrində çalışıb.