Bakı. Trend:
Britaniya Basketbol Federasiyası FİBA-nın Böyük Britaniyanın
kişilərdən ibarət milli komandasını beynəlxalq yarışlardan
kənarlaşdırdığını təsdiqləyib.
Trend-in
məlumatına görə, bu qərar nəticəsində komanda noyabrın 27-də
Londonda Litvaya qarşı keçirilməli olan ev oyununu oynaya
bilməyəcək və həmin müddətdə heç bir səfər matçında da iştirak
etməyəcək.
Kənarlaşdırma qərarı, Britaniya Peşəkar Kişilər Liqasındakı
vəziyyətə nəzarət etmək məqsədilə FİBA tərəfindən işçi qrupunun
yaradılmasından sonra qəbul edilib.
Beynəlxalq federasiya bildirib ki, bu addım İngiltərədə kişi
basketbolunun idarəetmə bütövlüyünü bərpa etmək və davamlı
idarəçiliyini təmin etmək məqsədi daşıyır.
Britaniya Basketbol Federasiyasının məlumatına görə, cərimə
yalnız kişi milli komandasına aiddir və qadın yığması bu qərardan
təsirlənməyəcək.

