İsrail 30 fələstinlinin meyitini BQXK-ya təhvil verib

Baş səhifə

İsrail 30 fələstinlinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, HAMAS dünən 2 israilli girovun meyitini qaytardıqdan sonra, İsrail bu gün 30 fələstinlinin meyitini BQXK-yə təhvil verib.

Məlumata görə, hazırda yeni mübadilə planlaşdırılmır.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs rejimi davam edir.