Kəlbəcərin 1-ci yaşayış məhəlləsi üzrə baş planının hazırlanmasına başlanılır

Baş səhifə

Bakı. Trend:

Kəlbəcər rayonun 1-ci yaşayış məhəlləsi üzrə baş planının
hazırlanmasına başlanılır.

Trend-in
məlumatına görə , görüləcək işlər çərçivəsində eyni zamanda yaşayış
binalarına müəllif nəzarəti xidməti həyata keçiriləcək.

Belə ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.




Qurum sözügedən işlərin icrasını “Azərmemarlayihə” Dövlət Baş
Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, instituta 223 020 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Azərmemarlayihə” Dövlət
Baş Layihə İnstitutu 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
İnstitutun qanuni təmsilçisi İsbatov İlqar Aydın oğludur.