Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Şahruddin
Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində fərqlənən qapıçılar
arasındadır.
Trend bu barədə
UEFA-nın statistik məlumatlarına əsəsən xəbər verir.
31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda geridə qalan 4
matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib. Bu, orta
hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya
komandasının oyunçusu Stole Dimitriyevskİ də 19 dəfə komandasının
xilaskarı olub.
Hər iki futbolçu bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci
yeri bölüşdürür.
Siyahıda ilk pilləni isə 34 qurtarışla San-Marino millisindən
Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30
seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv)
qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11
qol buraxıb və 2 qol vurub.

