
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 273,8 milyon ABŞ
dolları dəyərində 503,4 min ton neft məhsulları ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu məhsulların ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə miqdar ifadəsi ilə 41,5 min ton və ya 9% çox, dəyər
ifadəsi ilə 18,6 milyon ABŞ dolları, yaxud da 6,6% azdır.
Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycandan xaricə 292,4
milyon ABŞ dolları dəyərində 461,9 min ton neft məhsulları ixrac
edilib.
Həm bu il, həm də ötən ilin eyi dövründə neft məhsullarının
ixracı ümumi ixracın 1,47%-ini təşkil edib.


