
Abşeron yarımadasında təmin olunan imkanların genişliyi çox insanı bu əraziyə cəlb edir
“Report” xəbər verir ki, BMT Məskunlaşma Proqramının regionlararası məsləhətçisi Katya Şafer (Katja) Schaefer Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O əlavə edib ki, şəhərətrafı ərazilərin təzyiq nöqtələrinə çevrildiyini də görürük: “Bakı ətrafında torpaq, su və tullantılar kimi məsələlər insanların sağlamlığına təsir edir. Bu problemləri şəhər və region arasında inteqrasiya yaradılması üçün zamanla həll etmək vacibdir. Şəhərlər bu baxımdan mühüm rol oynayır”.
Onun sözlərinə görə, siyasi baxımdan urbanizasiyanı nəzərə alınan strategiyada funksional əraziləri anlamaq vacibdir: “Regional inkişaf müzakirələri çərçivəsində kənd yerlərinə təsir edə biləcək prioritet dəhlizlərin müəyyən edilməsi də önəmlidir. İqtisadiyyatı damarlarda axan qan kimi görmək lazımdır”.
BMT rəsmisi vurğulayıb ki, bəzi iqtisadi sahələrin məhsuldarlığı aşağıdır: “Məsələn, kənd təsərrüfatı. Amma bu çətinlikləri imkanlara çevirmək mümkündür. Dəyər zəncirlərinə diqqət yetirərək, kənd təsərrüfatında innovasiya və bağçılıq proseslərinin inkişaf etdirilməsi, məhsulların şəhərə çatdırılmasının son mərhələlərini də əhatə edən sistemin yaradılması məhsuldarlığı artırmaq üçün effektiv yol ola bilər. Zamanla ərazi balansının qorunmasına da diqqət yetirmək vacibdir, xüsusilə iqtisadi bölgələrdə xidmət boşluqları nəzərə alınmalıdır. Bunun üçün müxtəlif sektorlarla, məsələn, Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Dəmir Yolları” ilə əməkdaşlıq vacibdir. Şəhərətrafı ərazilərin ətrafındakı sərhəd zonaları keçid bölgələri kimi qorunmalıdır. Bu sahələrdə yaşıl və su sahələrinin, eləcə də infrastrukturun qorunması vacibdir”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


