Yasamalda iki nəfəri güllələyən şəxsin axtarışları davam edir

Baş səhifə

Bakı.Trend:

Bakının Yasamal rayonu ərazisində gecə saatlarında silahlı
insident baş verib.

Trend xəbər
verir ki, hadisə nəticəsində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan
Dünyamalıyev adlı şəxslər yaralanıblar.




Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır
qiymətləndirilir.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli
bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat
tədbirləri davam etdirilir.