Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-i tarixinə dövlət şirkətlərinin Azərbaycan
Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş borcları 10,727
milyard manat və ÜDM-in 8,3 faizini təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada
(5,526 milyard ABŞ dolları),12,4 faizi isə milli valyutada (1,332
milyard manat) cəlb edilmiş borclara verilmiş dövlət
zəmanətləridir.




Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş
borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7
milyon manat azalıb.

“Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri
əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara
verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri
olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı
iləyaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan
Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi
şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən
dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin
idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə
standartlarının tətbiq edilməsi,gəlir və xərclərinə nəzarətin
gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam
sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır”, –
məlumatda qeyd edilib.