
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar
edilməsi barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
hadisə yerinə cəlb edilib.
Qeyd edilib ki, hüquq mühafizə orqanı əməkdaşları ilə birgə
ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə
yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365
top mərmisi olduğu müəyyən edilib.
“Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar
edilməyib”,-qurumdan əlavə edilib.

