
İstanbulun Çekmeköy rayonunda avtobus və motosiklet sürücüləri arasında mübahisədən sonra qəza olub, avtobus dayanacağa çırpılıb.
APA-nın məlumatına görə, hadisə nəticəsində avtobusun altında qalan bir qadın həyatını itirib, dörd nəfər yaralanıb.
Hadisə ilə əlaqədar hər iki sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


