Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumunun keçiriləcəyi tarix məlum olub

Baş səhifə
Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumunun keçiriləcəyi tarix məlum olub

Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu oktyabrın 19-20-də keçiriləcək.

“Report” xəbər verir ki, forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində olacaq.

Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “”Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq.