
İsrailin Baş naziri Benyamin Netanyahu hakimlərdən onun dinlənilməsinin müddətinin qısaldılmasını istəyib.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Netanyahu öskürək və soyuqdəymədən şikayətlənərək özünün yaxşı hiss etmədiyini, buna görə də məhkəmə prosesinin müddətinin azaldılmasını hakimlərdən xahiş edib.
Hakimlər onun xahişini qəbul ediblər.
Neyanyahu həkimlərin ona bir neçə günlük istirahət məsləhət gördüklərini bildirib.
Qeyd edək ki, İsrailin Baş naziri korrupsiyada ittiham olunur.


