
Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı smartfon oğurluğunun “epidemiyası”
ilə üzləşib. “Nyu-York Times” qəzeti yazır ki, 2024-cü ildə
Londonda rekord sayda – 80 minə yaxın smartfon oğurlanıb. Bu yerli
hüquq mühafizə orqanlarının cinayətkar oğru şəbəkələrə qarşı
irimiqyaslı əməliyyata başlamasına səbəb olub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oğrular elektrik velosipedlərində piyadalardan
telefonları zorla alır və daha sonra cihazlar mağazalar şəbəkəsi
vasitəsilə digər ölkələrə göndərilir. Son reydlər zamanı polis
təxminən 2 min oğurlanmış telefon və 200 min funt sterlinq ($267
min) nağd pul aşkar edib. Cinayətkar qrupun təşkilatçıları olduğu
güman edilən şəxslər saxlanılıb. Bildirilir ki, onlar izləmə
siqnallarını bloklamaq üçün alüminium folqa istifadə edirdilər.
Ekspertlər cinayətkarlığın artmasını 2010-cu illərdə Böyük
Britaniyanın hüquq-mühafizə orqanlarının maliyyələşməsinin
azaldılması və elektrik velosipedlərinin yayılması ilə
əlaqələndirirlər; elektrik velosipedlər sürətli hərəkət üçün ideal
vasitəyə çevrilib.


