
Bakı. Trend:
Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində
keçirilməsi xüsusi məna daşıyır.
Trend xəbər
verir ki, bu fikir Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli
Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer
alıb.
Dövlətimizin başçısı qeyd edib ki, uzun illər işğal altında
qalmış Xankəndi bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir.
“Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir,
ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin
edir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.


