İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam
etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata
görə, oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti
ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı
(PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin
qarşısı alınıb.




Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən
980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq
götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.