ASK
- 15 oktyabr, 2025
- 12:01

İrina İvanova
Belarus Azərbaycana öz istehsalı olan malların tədarükünün artırılmasında maraqlıdır.
Bu barədə “Report”a Belarus Ticarət-Sənaye Palatasının baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova bildirib.
“Biz bilirik ki, Azərbaycanda Belarus məhsulları sevilir. Biz Belarus mallarının ixracını artırmağı hədəfləyir, eyni zamanda onların qiymətini aşağı salmaqla istehlakçılar üçün əlçatan etmək istəyirik”, – o qeyd edib.
İ.İvanova Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edib. “Xüsusilə çox güclü sıçrayışın baş verdiyi 2024-cü il bizim üçün əlamətdar oldu”, – o vurğulayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


