
Ramil Həsənin TÜRK PA-ya yenidən Baş katib vəzifəsinə təyin olunması təşkilatın inkişafı üçün önəmli hadisədir.
“Report”un məlumatına görə, bunu təşkilatın keçmiş Baş katibi Mehmet Süreyya Er səlahiyyətlərini Ramil Həsənə təhvil verilməsi münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Türk dünyasındakı əməkdaşlıq hər gün daha da inkişaf edir:
“Bu inkişafda dövlət başçılarının güclü iradəsinin payı çoxdur. Ümid edirəm ki, bundan sonra da bütün türk iş qurumları ilə birlikdə bərabər böyüyəcəyik. 2021-ci ildə qəbul edilən “2040-a Baxış” sənədində əks olunan hədəflərə çatacağımıza inanıram. Fəaliyyətimizin icrasında bizə dəstək olan iş yoldaşlarıma təşəkkür edirəm”,-o əlavə edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


