Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat – 60-dan çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyədə paralel olaraq 9 vilayətdə kibercinayətkar dəstələrə
qarşı irimiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri öz rəsmi X səhifəsində məlumat
paylaşıb.




Əməliyyat Respublika Baş Prokurorluğu ilə Jandarmanın
Kibercinayətlərə Qarşı Mübarizə İdarəsinin əlaqələndirilməsi
əsasında, yerli jandarma qüvvələri tərəfindən həyata keçirilib.

Əməliyyat çərçivəsində hesablarında 200 milyon lirəlik əməliyyat
dövriyyəsi müəyyən edilən 61 şübhəli saxlanılıb, onlardan 27-si
barəsində həbs qərarı çıxarılıb.