Suraxanıda yaşayış evində yanğın baş verib, xəsarət alanlar var (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev
küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat
daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş
verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin
yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə
xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub,
yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.




Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan
birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və
tavanı 30 kv.m sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər
xəsarət alıb.

Evin qalan hisssi və qonşu evlər yanğından mühafizə edilib.