Tovuzda qatar orta yaşlı kişini vuraraq öldürüb – YENİLƏNİB

Baş səhifə

Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***
20:28

Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.

Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.