
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın real ÜDM artımına
dair tarixi məlumatları dərc edib. Bu statistik məlumatlar son iki
onillikdə ölkə iqtisadiyyatında müşahidə olunan əhəmiyyətli
dalğalanmaları nümayiş etdirir.
Bu barədə Trend
BVF-ə istinadən xəbər verir.
BVF-in məlumatına əsasən, Azərbaycanın ÜDM artımı müxtəlif
illərdə aşağıdakı kimi olub:
2007–2016: illik orta artım – 5,6 faiz
2017: 0,2 faiz
2018: 1,5 faiz
2019: 2,5 faiz
2020: –4,2 faiz
2021: 5,6 faiz
2022: 4,7 faiz
2023: 1,4 faiz
2024: 4,1 faiz
Yenilənmiş proqnozlara görə, Azərbaycanda iqtisadi artım 2025-ci
ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək. Bu, 2024-cü
ildəki 4,1 faiz göstəricisi ilə müqayisədə azalmadır

