Azad olunmuş ərazilərdə enerji səmərəliliyi tələbləri sərtləşdirilib

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun C-dən aşağı
kateqoriyalı fərdi yaşayış evi ilə təmasda olmaq istəmirik.

Trend xəbər
verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu
Yubiley Xəzər İnşaat Həftəsində bildirib.




Onun sözlərinə görə, azad edilmiş ərazilərdə salınmış yaşayış
məntəqələrində istər fərdi yaşayış evləri, istərsə də inzibati
yaşayış binaları olsun, onlar ciddi şəkildə enerji səmərəliliyi
tələblərinə cavab verməlidirlər:

“Enerji səmərəliliyi ilə bağlı Avropada kateqoriyalar tətbiq
olunur: A, B, C, D və E. Biz də bu kateqoriyanı Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi qəbul edib. Birmənalı olaraq qeyd olunub
ki, C-dən aşağı kateqoriyalı evlər bundan sonra istismara
verilməsin. İşğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun
C-dən aşağı kateqoriyalı fərdi yaşayış evi ilə təmasda olmaq
istəmirik”.