Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir

Baş səhifə

Bakı. Trend:

Xalq Bank dünyanın ən nüfuzlu aviaşirkətlərindən olan və
“Skytrax World Airline” tərəfindən 2025-ci ildə artıq 9-cu dəfə
“Dünyanın ən yaxşı aviaşirkəti” adına layiq görülmüş “Qatar
Airways” ilə eksklüziv əməkdaşlığını davam etdirir. 31.03.2026-cı
ilədək davam edəcək kampaniya ərzində Xalq Bankın istənilən
Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən seçilmiş
aviabiletləri 5 % endirimlə əldə etmək mümkün olacaq. Endirimdən
yararlanmaq üçün https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html
səhifəsinə daxil olaraq uçuş istiqamətlərini seçmək və ödənişi Xalq
Bank kartı ilə aparmaq kifayətdir. QRXALQ25 promokodu səhifəyə
avtomatik bərkidilmişdir. Təklif həm biznes, həm də ekonom sinif
uçuşlarına şamil olunur. Kampaniyada Xalq Bankın emissiya etdiyi
bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.

Kampaniya 31.03.2026-cı il tarixədək davam edəcək. Kampaniya
zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2026-cı il
tarixədəkdir.

Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu
(GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata
keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona,
London, Maldiv adaları, Sidney, Toronto, Nyu-York, Tokio, Sinqapur,
Pekin şəhərləri daxil olmaqla 50 istiqamətdə uçuşlarda
keçərlidir.




Xalq Bank ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm
https://cardorder.xalqbank.az/
linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı
ərazisində kartların çatdırılması pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.