Nizami rayonunda avtomobil yanıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş
verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş
vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik
avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.