
Bakı. Trend:
Tərtər rayonunun Seydimli kəndində məktəbdə insident baş
verib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə zamanı 2008-ci il təvəllüdlü Ayaz
İsayev sinif yoldaşının atası – Bəxtiyar adlı şəxs tərəfindən
döyülüb.
İlkin məlumata əsasən, A.İsayev bir müddət əvvəl sinif yoldaşı
ilə mübahisə edib və aralarında dava olub. Daha sonra şagirdlər
dərsdə olarkən həmin şəxsin məktəbə gələrək sinif otağına daxil
olduğu və Ayaz İsayevə yumruqla xəsarət yetirdiyi bildirilir.
Zərbənin nəticəsində A.İsayevin burunu qırılıb. O, Bərdə Rayon
Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.


