
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə əlavə helikopter qrupları yaradılacaq və onlar dronlara qarşı müdafiə funksiyasını yerinə yetirəcək.
APA xəbər verir ki, Prezident bu barədə özünün Telegram kanalında yazıb:
Zelenski vurğulayıb ki, ordu aviasiyasının imkanlarının genişləndirilməsi Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin bir hissəsi olacaq.


