
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Qəzzada yekun atəşkəs sazişinin
imzalanmasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyevin
adını bir daha xatırladıb.
“Bu gün burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Mən
müharibə məsələsini bu adam üçün, Azərbaycan üçün həll
etmişəm”.
Trend-in
məlumatına görə, bunu Donald Tramp Şarm əl-Şeyx Sülh Sammitində
Prezident İlham Əliyevə müraciətində deyib.
“Siz bir birinizlə anlaşırsınız? 32 ildir qarşıdurma var idi,
amma biz təxminən bir saata məsələni həll etdik, elə deyilmi?”, –
ABŞ prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət
edərək deyib. “O, çox güclü liderdir, öz işini çox yaxşı görür”, –
Tramp əlavə edib.


