
ABŞ daha 28 B-2 bombardmançı təyyarələri sifariş verib.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında deyib.
Tramp iyun ayında İranın nüvə təsisatlarına hücum barədə danışarkən, ABŞ-ın bu təyyarələrdən istifadə etdiyini bildirib və daha 28 B-2 təyyarəsinin də sifariş olunduğunu bəyan edib.
“B-2-lərlə birlikdə 52 tanker də göndərmişdik. Təyyarələrimiz 37 saat uçuş həyata keçirdilər və bu tankerlər təyyarələri 4-5 dəfə yanacaqla doldurublar” Tramp qeyd edib.

