Kallas: Aİ Rusiyaya qarşı yeni addımlar atacaq

Baş səhifə

Avropa İttifaqı tezliklə Rusiyanın enerji, maliyyə və ticarət gəlirlərini hədəfə alan yeni tədbirlər görəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevə səfəri çərçivəsində Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

“Rusiyanın müharibə iqtisadiyyatı artıq zəifləyib və biz onu daha da zəiflədəcəyik. İnflyasiya 20%-i ötüb, nəqd pul ehtiyatları tükənir, iqtisadi böyümə isə 0-a yaxındır” Kaya Kallas qeyd edib.

O, Avropa İttifaqının bu qış Ukraynaya yardım üçün 800 milyon avro vəsait ayırdığını bildirib.

Kallas əlavə olaraq 100 milyon avronun da hazırlandığını deyib.