HƏMAS israilli əsirlərin növbəti qrupunu təhvil verib

Baş səhifə

Bakı. Trend:

Qəzzada atəşkəs razılşaması çərçivəsində HƏMAS israilli
əsirlərin 13 nəfərdən ibarət növbəti qrupunu Beynəlxalq Qırmızı Xaç
komitəsinin nümayəndələrinə təhvil verib.

Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.

Bundan bir neçə saat əvvəl yeddi əsirdən ibarət qrup azad
edilərək İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti
əməkdaşlarının müşayiəti altında İsrailə qaytarılmış və tibbi
müayinədən keçirilmişdilər.

xxx
12:05

Səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə
başlanılıb.




Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri
Qəzzanın şimalında qəbul etməyə hazırdır.

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə
daşınır.

“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli
əsiri azad edəcək.

Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250
fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza
sakinini azad etməyi planlaşdırır.