Xankəndidə bütün məscidlər dağıdılıb – Elçin Yusubov

Baş səhifə

Xankəndi. Trend:

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ
bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə
aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və
abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb.

Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər
mədəniyyətinə qarşı bir təcavüzdür.

Trend xəbər
verir ki, bu fikirləri Xankəndi şəhərində Qarabağ Universitetində
“Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış
edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin
xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirilib.




Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə, E. Yusubov həmçinin diqqətə çatdırıb ki, işğal
dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz
Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları
erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər.

Belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində
yerləşən Gəncəsər məbədi olub. XIII əsrə aid bu alban monastırı XIX
əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi
fəaliyyət göstərib. İşğal dövründə abidənin memarlıq quruluşu,
interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban
yazıları silinib.Məqsəd isə tarixi saxtalaşdırmaq olub. Bu gün
işğaldan azad edilmiş ərazilərdə məscidlər. mədəniyyət mərkəzləri,
kilsələr yenidən bərpa edilir.